1ç sinif şagirdlərinin istehsalat müəssisəsinə maarifləndirici səfəri

F.Gözəlov adına 124 nömrəli tam orta məktəbin 1ç sinif şagirdləri, sinif rəhbərləri Manafova Lalənin rəhbərliyi ilə, Bakı şəhərində fəaliyyət göstərən şokolad istehsalı müəssisəsinə maarifləndirici ekskursiya həyata keçirmişlər.

Ekskursiyanın əsas məqsədi şagirdlərdə ərzaq sənayesi sahəsinə dair ilkin elmi biliklərin formalaşdırılması, istehsal prosesi ilə tanışlıq və praktiki müşahidə bacarıqlarının inkişaf etdirilməsi olmuşdur.

Təhsilalanlar həmçinin gigiyena, keyfiyyətə nəzarət və istehsalatda avtomatlaşdırma barədə də məlumatlandırılmış, maraq doğuran suallarına peşəkar mütəxəssislər tərəfindən cavablar almışlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi