Böyük Summativ Qiymətləndirmə

13.01.2025-ci il tarixində məktəbin IV – XI siniflərin I yarımil nəticələrinin müəyyənləşdirilməsi məqsədilə BSQ1 -ə start verilmişdir. IV,IX və XI siniflər bütün fənlər üzrə VI,VII, VIII və X siniflər buraxılış fənləri üzrə BSQ-də iştirak edəcəkdir. Məktəb rəhbərliyi tərəfindən qiymətləndirilmənin aparılmasını nizamlamaq məqsədilə cədvəl hazırlanmış, təşkilat, nəzarət və yoxlama komissiyaları yaradılmışdır. BSQ1-in 24.01.2025-ci il tarixində yekunlaşdırılması nəzərdə tutulmuşdur. Böyük Summativ Qiymətləndirmənin məktəb rəhbərliyi tərəfindən şəffaf, obyektiv keçirilməsi ilə bağlı nəzarəti təmin etməsi diqqətdə saxlanılır.