Idrak proseslərinin tədqiqi
25 oktyabr 2019-cu il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin IA sinif şagirdləri ilə məktəbin psixoloqu Ə.Natəvan tərəfindən “İdrak proseslərinin tədqiqi” məqsədilə məşğələ keçirilmişdir. Kiçik məktəblilərlə işləmək digər dövrlərlə müqayisədə məktəb psixoloqunun fəaliyyətində daha çox yer tutur. Məktəbə adaptasiya olunmaq, yoldaşları ilə tanışlıq, yoldaşları və müəllimlə qarşılıqlı münasibətlərin qurulması mərhələsi məhz bu dövrdən başlayır.
Bu dövrdə nitqin, böyüklərlə və həmyaşıdları ilə ünsiyyətin və müxtəlif fəaliyyət növlərinə cəlb olunmanın təsiri altında uşaqda yeni keyfiyyət dəyişmələri baş verir. Bütün bunlar uşağın sosial şəraiti və həyatın tələblərinə uyğunlaşmasına imkan verir.
Şagirdlərdə idrak proseslərini tədqiq etmək üçün psixoloq bir neçə psixoloji rollu oyunlar keçirdi. Keçirilən məşğələdə bütün şagirdlər iştirak etdi, fəal olan şagirdlər psixoloq tərəfindən sonda qiymətləndirildi.