Böyük Summativ Qiymətləndirmələrə start verildi.

Ümumi təhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair təlimata və məktəbin illik Fəaliyyət Planına uyğun olaraq D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə 2024/2025-ci tədris ilinin ikinci yarımil üzrə Böyük summativ qiymətləndirməyə start verilib. Böyük summativ qiymətləndirmələrin keçirilməsində əsas məqsəd müvafiq məzmun və dəyərləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagird nailiyyətlərini müəyyən etmək, onların bilik və bacarıqlarını yoxlamaqdan ibarətdir. Şagirdlər təyin olunmuş vaxt ərzində tapşırıqları həll etdilər. BSQ-nin obyektivliyi və şəffaflığını qorumaq, şagirdlərin rahatlığını təmin etmək üçün lazımi şərait yaradılmışdır.