HAQQIMIZDA

Məktəb 1966-cı ildən fəaliyyət göstərir, 1993-cü ildən məktəbin məzunu- Qarabağ döyüşlərində şəhid olmuş Dərdayıl Cəbrayılovun adını daşıyır.Sonuncu dəfə 2011-ci ildə H.Əliyev Fondu tərəfindən əsaslı təmir olunan məktəb bir əsas -dörd mərtəbəli, bir yardımçı - ibtidai siniflər üçün iki mərtəbəli binadan ibarətdir. Məktəbin avadanlıq və əyani vəsaitlərlə təmir olunmuş dörd kompüter, biologiya, kimya, fizika kabinetləri,iki əmək emalatxanası vardır. Məktəbdə 752 şagird və onların təlim-tərbiyəsi ilə məşğul olan 48 müəllim fəaliyyət göstərir. Məktəbin şagirdləri Xəzər rayon İdman və Gənclər,Ombudsman Aparatı,FHN tərəfindən keçirilmiş müxtəlif müsabiqə və yarışlarda iştirak edərək yüksək yerlərə layiq görülmüşlər. Məktəbin məzunları respublikamızın, eləcə də xarici ölkələrin müxtəlif ali məktəblərində təhsillərini davam etdirirlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi