Nailiyyətlərimiz

Şagirdimizin uğuru.D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin VII b sinif şagirdi Əliyev Əli Zahid oğlu Gürcüstanda keçirilmiş "MMA" idman növü üzrə 28 kq çəki dərəcəsində çempionatda iştirak etmiş , iranlı və gürcü rəqiblərini məğlub edərək I yerə layiq görülmüş, kəmər və diplomla mükafatlandırılmışdır. Məktəb rəhbərliyi şagirdimizi və onun ailəsini təbrik edir,uğurlarının davamını diləyirik.

MƏKTƏBİMİZİN FƏXRİSerbiyanın paytaxtı Belqrad şəhərində keçirilən Dünya Məktəblilərinin İdman oyunlarında üç taekvandoçu medala sahib olub.Onlardan məktəbimizin 8B sinif şagirdi Aslanov Vüqar Müşfiq oğlu 37 kq çəki dərəcəsində rəqiblərinə qalib gələrək gümüş medala layiq görülüb. Şagirdimizə gələcəkdə qatılacaq bütün yarışlarda qalib olmağı arzulayırıq.

BİZ SİZİNLƏ FƏXR EDİRİK !!!!Xəzər rayon İcra Hakimiyyəti,Xəzər rayon Gənclər və İdman İdarəsi,Azərbaycan Velosiped İdmanı Federasiyası ilə birlikdə rayonumuzda velosiped idmanının inkişaf etdirilməsi,gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması məqsədilə 12 mart 2015-ci il tarixdə Mərdəkan qəsəbəsində "Bakı - 2015 Birinci Avropa Oyunları " tarixi nəaliyyətimizdir devizi altında velosiped idman növü üzrə "Məktəbli Kuboku" keçirilmişdir. Yarışda Xəzər rayon Gənclər və İdman idarəsinin rəisi Vüqar Əliyev,Xəzər rayon İcra Hakimiyyəti Başçısının müavini Arif Balayev,Azərbaycan Velosiped İdmanı Federasiyasının Baş katibi Fərhad Əliyev iştirak etmişdir. Yarışda 25 məktəb 100 nəfər idmançı öz qüvvəsini sınamışdır.Yekun nəticələrə görə "Bakı - 2015 Birinci Avropa Oyunları " tarixi nəaliyyətimizdir devizi altında velosiped idman növü üzrə "Məktəbli Kuboku"nun qalibləri aşağıdakılardır: I yer - 326№-li tam orta məktəb II yer - 123№-li tam orta məktəb III yer - 119№-li tam orta məktəb Qalib komandalara mükafatlar təqdim olunmuşdur.

HAQQIMIZDA

Məktəb 1966-cı ildən fəaliyyət göstərir, 1993-cü ildən məktəbin məzunu- Qarabağ döyüşlərində şəhid olmuş Dərdayıl Cəbrayılovun adını daşıyır.Sonuncu dəfə 2011-ci ildə H.Əliyev Fondu tərəfindən əsaslı təmir olunan məktəb bir əsas ...

BİZİM FƏXRLƏRİMİZ

Ramil Əliyev İlham

Sara Rəhimzadə Qəmbər

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi