"KİÇİK AKADEMİYA" ÜZVLƏRİNİN I ÜMUMŞƏHƏR KONFRANSI KEÇİRİLDİ.28.12.2023-cü il tarixində “Heydər Əliyev İli”nə həsr olunmuş “Kiçik Akademiya” üzvlərinin I ümumşəhər konfransı keçirildi. Konfransda “Kiçik Akademiya”nın rəhbəri Lətifə Rəhimzadə və akademiyanın üzvü Əli Məhəmməd də iştirak etdilər. XI sinif şagirdi Əli Məhəmməd konfransda iştirakına görə təşəkkürnamə ilə təltif olundu.
Ətraflı"Kiçik Akademiya"nın məktəb üzrə 2022-2023-cü il üçün yekun hesabat yığıncağı keçirildi.26.05.2023-cü il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya”nın 2022-2023-cü tədris ilinin yekun hesabat yığıncağı keçirildi. Yığıncaqda “Kiçik Akademiya”ya üzv olan şagirdlər və bölmə rəhbərləri iştirak etdi. Şagirdlər ilboyu apardıqları tədqiqat işləri haqqında hesabat verdilər. Şagirdlərin tədqiqatları davam edir. Kiçik Akademiya rəhbərləri şagirdlərə gələcək tədqiaqatlarında uğurlar arzuladı.
Ətraflı"Kiçik Akademiya" rəhbərlərinin konfransı keçirildi.22 noyabr tarixində 234 nömrəli tam orta məktəbdə Xəzər rayonunun "Kiçik Akademiya" rəhbərlərinin konfransı keçirilmişdir. Məktəbimizdəki "Kiçik Akademiya"nın texniki bölməsinin üzvü Müzəffərzadə Fatimə Rauf qızı "Abşeron yarımadasında içməli yeraltı sulardan səmərəli istifadə" mövzusunda tədqiqat işini təqdim etmişdir . Bu tədqiqat konfrans iştirakçıları tərəfindən maraqla qarşılanmışdır. Şagirdimiz gələcəkdə bu sahədə tədqiqatlarını davam etdirmək fikrindədir və ona bu sahədə uğurlar arzulayırıq
ƏtraflıXəzər rayon məktəblərinin Kiçik Akademiya üzvlərinin hesabat konfransı keçirildi.23 may 2023-cü il tarixində "Heydər Əliyev ili" çərçivəsində Xəzər rayon 234 nömrəli tam orta məktəbdə rayon məktəblərinin Kiçik Akademiya üzvlərinin hesabat konfransı keçirildi. Konfransda məktəbimizin Kiçik Akademiya rəhbəri Lətifə Rəhimzadənin rəhbərliyi ilə məktəbimizin fəal KA üzvü Əli Məhəmməd "Məsuliyyətli çanta” adlı təqdimatla çıxış etdi. Onun çıxışı maraqla dinlənildi. Məktəb rəhbərliyi şagirdimizə gələcəkdə təhsildə və tədqiqat işlərində uğurlar arzulayır.
Ətraflı