“Dahi şəxsiyyət” adlı ədəbi-bədii tədbir

8 may 2025-ci il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin musiqi müəllimi Zübeydə Həsənovanın və şagirdlərin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş “Dahi şəxsiyyət” adlı ədəbi-bədii tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndiriliməsi və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib.
Məktəbin direktoru Mətanət Mayılova çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın inkişafında və müstəqil dövlət kimi formalaşmasında əvəzsiz xidmətlərindən danışıb.
Şagirdlərin ifasında ulu öndərə həsr olunmuş şeirlər, mahnılar səsləndirilib, kiçik səhnəciklər nümayiş olunub.
Tədbir şagirdlərin ifasında Müslüm Maqomayevin “Azərbaycan” mahnısından ibarət xor ilə yekunlaşıb.