"Ətraf mühit və sağlamlıq” mövzusunda maarifləndirici görüş

   02.05.2025-ci il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə Səhiyyə Nazirliyinin “İctimai Səhiyyə və İslahatlar Mərkəzi” nin təşəbbüsü ilə “Ətraf mühit və sağlamlıq” mövzusunda maarifləndirici görüş təşkil olundu. Şagirdlərin nəzərinə çatdırıldı ki, günəş, su, hava, səma, bütün canlılar və insanın özü də təbiətin bir parçasıdır. Bizim yaşayışımız da, sağlamlığımız da təbiətlə bağlıdır. Ekoloji problemlər müasir dünyada getdikcə daha çox narahatlıq doğuran məsələlərdən birinə çevirildiyi diqqətə çatdırıldı. Ölkəmizdə ekoloji mühitin qorunması istiqamətində reallaşdırılan bir sıra əhəmiyyətli layihələrin olduğu vurğulandı. Söhbət zamanı zərərli vərdişlərin insan psixologiyasına mənfi təsiri, insan orqanizmində yaratdığı fəsadlar və bunlarla mübarizə yolları iştirakçıların diqqətinə çatdırıldı.

Tədbirin sonunda bildirildi ki, gələcəyimiz olan gəncliyimizi bütün mənfi təsirlərdən qorumağa çalışmalıyıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi