31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIM GÜNÜ QEYD EDİLMİŞDİR

Martın 31-də Bakı şəhəri Xəzər rayonu Dərdayıl Cəbrayılov adına 119 №li tam orta məktəbdə “31 Mart Azərbaycanlıların Soyqırım Günü” nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Mətanət Mayılova bu tarixi faciə haqqında geniş məlumat verərək bildirdi ki, 1918-ci ilin mart qırğınları xalqımıza qarşı zaman-zaman həyata keçirilən soyqırımı siyasətinin tərkib hissələrindəndir. Erməni daşnakları üç gün ərzində təkcə Bakıda 12 min azərbaycanlının həyatına son qoymuş, qoca, qadın və uşaqları amansızcasına qətlə yetirmiş, qiymətli tarixi abidələri dağıtmışlar. Quba, Xaçmaz, Şamaxı, Lənkəran, Kürdəmir və digər bölgələrdə də bu cür faciələr törədilmişdir. 1918-1920 - ci illərdə Azərbaycanın yüzlərlə şəhər və kəndi, o cümlədən Qarabağda azərbaycanlıların yaşadığı 150-dək kənd xarabazara çevrilmiş, 50 mindən çox soydaşımız qətlə yetirilmişdir.Tədbirdə 31 Mart soyqırımını əks etdirən slaydlar nümayiş etdirildi, IX-XI sinif şagirdləri çıxış edərək həmin hadisələrə öz münasibətlərini bildirdilər, eyni zamanda IV sinif şagirdlərindən - Əliyeva Sevil, Əlizadə Günel, Orucova Arifə, Nuriyev İlkin, Məmmədov Nəzir, Qılmanzadə Rəvanın iştirakı ilə səhnəciklər göstərilərək xalqımızın dərdini, qələbə əzmini ifadə edən şeirlər söylədilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi