Bilik günü

16 sentyabr 2019-cu il tarixdə D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə  “Bilik Günü” nə həsr olunmuş tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı.

Şagirdlər “Bilik Günü” nə həsr olunmuş şeir və mahnılar ifa etdilər. Məktəbin direktoru Mətanət Mayılova “Bilik Günü” münasibəti ilə şagird və müəllim kollektivini təbrik etdi, onlara tədris ilində uğurlar arzuladı.

Tədbirdə çıxış edən Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin şöbə müdiri Rövşən Quliyev yeni dərs ilinin başlanması münasibəti ilə müəllim və şagird kollektivinə xoş arzularını bildirdi.  

Təbrik üçün söz valideynlərə verildi. Onlar məktəblilərə təhsildə uğurlar arzuladılar. İlk zəngin sədaları altında şagirdlər siniflərə daxil oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi