Son zəng
14 iyun 2019-cu il tarixdə D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə "Son zəng" tədbiri keçirildi. Tədbirdə məktəbin müəllim - şagird kollektivi, onbirincilərin valideynləri və məktəbin fəxri məzunları iştirak edirdilər. Tədbir açıq elan edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Aparıcılar ilk sözü məktəbin direktoru Mətanət Mayılovaya verdilər. O, onbirinciləri təbrik edərək onlara gələcək təhsil həyatlarında uğurlar arzuladı. Ulu öndərin hər bir azərbaycanlı uşağının yüksək sosial-mənəvi mühitdə böyüməsi istiqamətində apardığı islahatları Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, Azərbaycanda təhsil sahəsində qazanılan uğurlardan, bu sahədə gedən inkişaf proseslərindən danışdı və məzunlara arzu, tövsiyyələrini bildirdi. Tədbirdə məktəbin məzunlarının iştirakı ilə mahnılar,şeirlər, rəqslərdən ibarət konsert proqramı nümayiş etdirildi və səhnəcik göstərildi.