Uşaqlar bizim gələcəyimizdir

31 may 2019-cu il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbir keçirildi.

Tədbir 4-cü siniflərin iştirakı ilə keçirildi. Uşaqlar 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi gününün yaranması tarixindən danışdılar. Şagirdlər 1 iyun Uşaqların müdafiəsi gününə həsr olunmuş şeirlər söylədilər, mahnılar oxudular. Onlar müxtəlif xalqların rəqslərini ifa etdilər. Tədbirin sonunda məktəbin direktoru Mətanət Mayılova uşaqları bayram günü münasibəti ilə təbrik edərək onları  tərifnamə  ilə təltif etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi