Ana Yurdum Azərbaycan

28 may ölkəmizin tarixində ən əlamətdar gün olaraq qeyd olunur. 1918-ci ilin 28 may günü Azərbaycan Xalq Cumhuriyyətinin yarandığı, şərq tarixində ilk demokratik respublikanın elan olunduğu bir gündür. Həmin gün Azərbaycan Milli Şurasının iclasında “İstiqlaliyyət Bəyannaməsi” qəbul edildi. Azərbaycan Xalq Cumhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, Azərbaycan xalqının tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrinin yaşamasında və inkişafında mühüm rol oynamışdır. Azərbaycan öz dövlət müstəqilliyini bərpa edəndən sonra Azərbaycan Respublikası prezidentinin fərmanı ilə 28 may- Respublika günü elan edilərək, hər il dövlət və ümumxalq bayramı kimi təntənəli şəkildə qeyd olunur.

27may 2019 cu il tarixində 28 May-Respublika günü münasibətilə D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə 4 C sinif şagirdlərinin iştirakı ilə “Ana Yurdum Azərbaycan” adlı tədbir keçirildi. Tədbirin giriş hissəsində məktəbin direktoru Mətanət Mayılova Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasından sonra xalqımızın keçdiyi tarixi mərhələlərindən  söz açdı. Daha sonra şagirdlərin çıxışlarında şeir, mahnı, rəqs, səhnəcik nümayiş olundu. Tədbirin sonunda məktəb rəhbərliyi tərəfindən  tədbir iştirakçılarına tərifnamə təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi