Vətənə həsr olunmuş ömür

10 may 2019-cu il tarixdə D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə Ulu öndər, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı il dönümünə həsr olunmuş tədbir keçirildi. Şagirdlər “Vətənə həsr olunmuş ömür” adlı ədəbi-bədii kopozisiya ilə çıxış etdilər. Onlar dünya miqyasında şöhrət qazanmış böyük diplomat, müdrik siyasətçi, Azərbaycan respublikasının yaradıcısı Heydər Əliyevin həyat və fəaliyyəti haqqında danışdılar. Ulu öndərə həsr olunmuş şeirlər söylədilər, mahnılar ifa etdilər.

Tədbirdə məktəbin direktoru Mətanət Mayılova çıxış etdi. O, çıxışında qeyd etdi ki, Heydər Əliyev Azərbaycan tarixində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan kimi əbədiləşmişdir. Ümummilli liderimiz öz ali liderlik keyfiyyətləri ilə dünyanın siyasi elitasının ən uca zirvəsində qərarlaşan nəhəng şəxsiyyətdir. Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişi nəinki Azərbaycan dövlətçiliyini, həm də bütün bir xalqı məhv olmaq təhlükəsindən xilas etdi. Ulu öndərimizin qətiyyətli fəaliyyəti, müdrik siyasəti nəticəsində ölkəmizdə qısa müddət ərzində siyasi sabitlik təmin edildi, iqtisadiyyatda və digər sahələrdə böhran aradan qaldırıldı, inkişaf mərhələsi başlandı. Təcrübəli dövlət xadimi olan Heydər Əliyev zamanın ən çətin və mürəkkəb sınaqlarından məharətlə keçərək Böyük Xilaskar rolunu oynamış, bizim üçün bugünkü Müstəqil Azərbaycanımızı yaratmışdır. Biz Heydər Əliyevin layiqli davamçısı prezident İlham Əliyevin siyasətini dəstəkləyir, onun təhsilə, məktəbə olan qayğısını yüksək qiymətləndiririk. Nə qədər ki, Azərbaycan dövləti var Azərbaycan xalqı var, Heydər Əliyev də olacaq, qəlblərdə, ürəklərdə yaşayacaqdır. Sonda Ulu öndər Heydər Əliyevin şərəfli həyat yolu və fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi