Məktəbimizdə sağlam psixoloji mühitin yaradılması
6 may 2019-cu il tarixdə Dərdayıl Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə təlim -tərbiyə sahəsində aparılan işin səmərəliliyini artırmaq, şagird şəxsiyyətini düzgün formalaşdırıb inkişaf etdirmək məqsədilə məktəbin psixoloqu Əliyeva Natəvan tərəfindən pedaqoji kolektivlə birgə “Məktəbimizdə sağlam psixoloji mühitin yaradılması” adlı seminar keçirilmişdir. Burada sinifdə şəxsiyyətlərarası münasibətlərin qurulması, təlim prosesində şagirdin fərdi-psixoloji xüsusiyyətlərinin nəzərə alınması mövzularında ətraflı müzakirələr aparılmışdır. Müəllimlərə sinifdəki problemli şagirdləri araşdırmaq məqsədi ilə anket sorğu verilmişdir. Seminarda həmçinin müəllimlərin maraqlandıran bir sıra suallara psixoloq tərəfindən cavab verilmişdir.
Psixoloq qeyd etdi ki, məktəb şagirdi fiziki cəhətdən yetkin və psixi cəhətdən sağlam formalaşdırmalıdır. Bunun üçün də sağlam əməkdaşlıq, sağlam psixoloji mühit olmalı və şagirdlərə milli-mənəvi dəyərlər aşılanmalıdır.