“Əbədi Gözəllik”

7 mart 2019-cu il tarixdə Dərdayıl Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə “Əbədi Gözəllik” adlı tədbir keçirildi. Məktəbin direktoru Mətanət Mayılova çıxış edərək müəllimləri, həmçinin bütün anaları bayram münasibəti ilə təbrik etdi. O, qeyd etdi ki, ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın adı, ana adı ölkəmizdə həmişə uca tutulmuşdur. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli – mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir. Ümummilli lider Heydər Əliyev 8 Mart Beynəlxalq Qadınlar bayramı ilə bağlı demişdir ki, 8 Mart bütün bayramlar içərisində ən gözəl bayramdır, çünki Qadınlara həsr olunmuşdur. Qadınlar cəmiyyətimizdə ən yüksək zirvəyə laiqdirlər, çünki, onlar Anadırlar!

Tədbirdə şagirdlərin çıxışları – şeirlər, rəqs, mahnılar, səhnəciklər nümayiş olundu. Sonda tədbirin fəal iştirakçısı olan şagirdlər  məktəb rəhbərliyi tərəfindən tərifnamə ilə təltif olundular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi