Valideynin Məktəbdə Bir Günü

19 fevral 2019-cu il tarixdə Dərdayıl Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 28 yanvar 2019-cu il tarixli F-66 nömrəli əmrinə əsasən “Valideynin Məktəbdə Bir Günü” adlı layihə həyata keçirildi. Tədbirin keçirilməsində məqsəd valideynləri övladlarının təhsil aldığı məktəblə yaxından tanış etmək və eyni zamanda valideynlərlə məktəbin pedaqoji, texniki işçi heyyətinin arasındakı ünsiyyəti daha da inkişaf etdirmək idi. Tədbirin proqramına uyğun olaraq məktəbin direktoru Mətanət Mayılova tədbirin rəsmi açılışını elan edərək məktəb haqqında ümumi məlumat verdi. O, məktəbdə keçirilmiş müxtəlif tədbirlər, məktəbdaxili müsabiqələr, ayrı-ayrı fənlər üzrə “Bilik yarış”ları, fənn aylıqları, şagirdlərin təlim nəticələri barədə valideynləri geniş məlumatlandırdı. Valideynlər məktəb kitabxanası, sinif otaqları, informatika kabineti, laboratoriyalar, idman zalı, məktəb bufeti, məktəbin istedadlı şagirdlərinin əl işləri, ümumilikdə məktəb mühiti ilə yaxından tanış oldular. Sonra valideynlər ayrı-ayrı fənn müəllimlərinin dərslərində iştirak etdilər. Tədbir  “Məktəb-valideyn münasibətləri şagirdlərin nəaliyyətlərinə və məktəbdə təhsilin keyfiyyətinə təsir edən amil kimi” mövzusunda seminar keçirilməklə davam etdirildi və məktəbin istedadlı şagirdlərinin çıxışları ilə yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi