Narkomaniya ümumbəşəri bəladır
15 fevral 2019-cu il tarixdə D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin şagird və müəllim kollektivinin iştirakı ilə “Narkomaniya ümumbəşəri bəladır”, “Yol hərəkəti qaydalarına riayət edək”, “İnternetdən təhlükəsiz istifadə” mövzularında geniş tədbir keçirildi. Tədbirdə Xəzər RPİ-nin rəisi, polis polkovniki cənab İsfəndiyar Mehbalıyev, Xəzər RPİ-nin əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytinantı cənab Famil Vəliyev, Xəzər RPİ-nin 1-ci polis şöbəsinin rəisi, polis polkovnik – leytinantı cənab Murad Hüseynov, Xəzər RPİ-nin Yetkinlik Yaşına Çatmayanlarla profilaktiki işin təşkili bölməsinin əməkdaşları iştirak etdilər. Tədbirdə mövzularla bağlı məlumat verildi, video çarxlar nümayiş olundu, şagirdlərin mövzularla bağlı sualları ətraflı cavablandırıldı.