31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü

           28 dekabr 2018-ci il tarixdə D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə 31 dekabr Dünya Azərbaycanlılarının birlik və bərabərlik günüdür. Bu bayram ümumilli lider  Heydər Əliyevin təşəbbüsü  ilə elan edilmiş milli mədəni birliyə çağırış günüdür. Azərbaycanşünaslıq anlayışı məhz bu dövrdən formalaşıb. Beləliklə bütün Azərbaycanlılar üçün əziz olan bu gün təntənəli şəkildə qeyd edilir.

Məktəbimizdə də bu tədbir təntənəli şəkildə qeyd edildi. Azərbaycan himni ilə başlanan bu tədbirdə 5, 7, 8, 9 və 11 – ci sinif şagirdləri öz maraqlı şeirləri, ifaları və rəqs kompozisiyaları ilə müəllim və şagird kollektivinin zövqünü oxşadı. Tədbirin sonunda məktəbin direktoru Mayılova Mətanət müəllim çıxış edərək, şagirdlərin işlərini yüksək qiymətləndirdi və belə tədbirlərin şagird dünyagörüşünün inkişafında mühüm əhəmiyyət kəsb etdiyini qeyd etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi