“Stres nədir və onunla mübarizə yolları”
13 dekabr 2018-ci il taixdə D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin psixoloqu Natəvan Əliyeva tərəfindən “Stres nədir və onunla mübarizə yolları” adlı dəyirmi masa keçirildi. Tədbirdə stresin insan orqanizminə mənfi təsirlərindən, stres keçirmiş şagirdlərin təlim prosesində gəriləmələrindən söhbət açıldı. Şagirdlərə stres, qorxu keçirmiş insanlarla rəftarda hansı nüanslara diqqət yetirmələri haqqında məlumat verildi. Tədbirdə həmçinin şagirdlərlə psixoloji rollu oyunlar, psixodiaqnostik testlər keşirildi.Şagirdlər diskussiya zamanı belə nəticəyə gəldilər ki, stres həqiqətən insan orqanizminə mənfi təsir göstərir və bununla mütləq vaxtında mübarizə aparmaq, stres törədən faktoru aradan qaldırmaq lazımdır.