“Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda inşa müsabiqəsi

7 dekabr 2018-ci il tarixdə D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin IX-XI sinif şagirdləri arasında ümummilli lider H.Əliyevin anım gününə həsr olunmuş inşa müsabiqəsi keçirildi.

90 dəqiqə davam edən müsabiqədə şagirdlər Ulu Öndərimizin keçdiyi şanlı həyat yolunu və onun müstəqil Azərbaycanımız naminə gördüyü əvəzsiz xidmətlərini öz yazılarında geniş işıqlandırdılar.

Müsabiqə məktəbin Azərbaycan dili və ədəbiyyat fənni üzrə metodbirləşmə rəhbəri Əzəmət Quliyevanın rəhbərliyi ilə təşkil olunmuşdu. İnşa yazılar məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimlərindən ibarət münsiflər heyəti tərəfindən yoxlanıldı. Münsiflər heyətinin üzvləri Akif Əliyev, Zamirə Həsənova  XI sinif şagirdi Ağaməmməd Hacızadənin yazı işi məzmunca dolğun və əhatəli hesab edildiyinə görə yüksək balla qiymətləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi