Son zəng
14.06.2018-ci il tarixdə D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirildi. Məktəbin direktoru Mətanət Mayılova çıxış edərək məzunları, müəllimləri və valideynləri “Son zəng” günü münasibəti ilə təbrik etdi. Məzunlara öz gələcək uğurları ilə məktəbin adını daim yüksəltmələrini tövsiyə etdi. Onlara gələcək təhsillərində və fəaliyyətlərində uğurlar diləyərək xoş arzularını bildirdi.
Məzunların ifasında şeirlər, mahnılar ifa olundu məktəb həyatı ilə bağlı xoş xatirələri eşidildi, müəllimlərə və rəhbərliyə minnətdarlıq bildirildi.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndəsi Rövşən Quliyev məzunları təbrik etdi, məktəb kollektivinə uğurlar arzuladı.