Mənim könlüm deyir ki...
D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə 05.06.2018-ci il tarixdə III A sinif şagirdlərinin təqdimatında ölməz şairimiz Mikayıl Müşfiqin 110 illik yubileyinə həsr olunmuş “Mənim könlüm deyir ki...” adlı bədii gecə keçirildi. Tədbirdə Mikayıl Müşfiqin həyat və yaradıcılığı haqqında geniş məlumat verildi. Şairin ədəbiyyatımızda tutduğu mövqedən danışıldı. Şagirdlərin ifasında şairin şeirləri, sözlərinə yazılmış mahnılar səsləndirildi. Şairin uşaqlar üçün yazdığı “Şəngülüm, Şüngülüm, Məngülüm” nağılı hamı tərəfindən alqışlarla qarşılandı. Şagirdlərdən Zəngubar, Azad, Gültən, Rafiq, Züleyxa öz çıxışları ilə hamının rəğbətini qazandı.
Tədbirin sonunda məktəbin direktoru Mətanət Mayılova çıxış edərək şagirdləri gözəl çıxışlarına görə “Tərifnamə” ilə təltif etdi.