Ana Yurdum Azərbaycan
24 may 2018-ci il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş “Ana Yurdum Azərbaycan” adlı musiqili ədəbi-bədii gecə keçirildi. Gecənin açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. İlk çıxış hərbi salamlaşma ilə başlandı. Sonra Üzeyr Hacıbəylinin “Üvertura” sı əsasında hazırlanmış kompozisiyada şagirdlər Azərbaycanın minillik tarixə malik olduğuna aid sujetlər nümayiş etdirdilər.
Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş şeirlər, mahnılar, rəqslər ifa edildi, səhnəciklər göstərildi.
Əsası M.Ə.Rəsulzadə tərəfindən qoyulan Xalq Cümhuriyyətinin layiqli davamçısı, Azərbaycanın memarı Ulu Öndər H.Əliyevin əziz xatirəsinə həsr edilmiş şeirlər, mahnılar tamaşaçılar tərəfindən xüsusi alqışlarla qarşılandı. S.Vurğunun “Vaqif” piesindən hazırlanmış “Vaqiflə Qacarın deyişməsi” səhnəsini şagirdlər böyük məharət və ustalıqla ifa etdilər.
Tədbirin sonunda X A sinif şagirdi Məmmədəli Şahbazovun ifasında M.Maqomayevin “Azərbaycan” mahnısı səsləndirildi və hərbi geyimli şagirdlər tərəfindən Azərbaycan Respublikasının üç rəngli bayrağı səhnəyə qaldırıldı. Tədbir atəşfəşanlıqla başa çatdı.