“Narkomaniya sosial bəladır” və “Polis uşaqların gözü ilə”

15 mart 2018 – ci il tarixdə Dərdayıl Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə Xəzər Rayon Polis İdarəsinin təşəbbüsü ilə “Narkomaniya sosial bəladır” və “Polis uşaqların gözü ilə” adlı tədbir keçirildi. Tədbirdə Xəzər Rayon Polis İdarəsinin rəisi polis polkovniki Azər Muradov, Xəzər Rayon Polis İdarəsinin rəis müavini polis polkovniki İsmayıl Qasımov, Polis Akademiyasının müəllimi polis kapitanı Fərhad Həsənzadə, 26 saylı mərkəzi xəstəxananın baş narkoloq həkimi Zakir Cabbarov, Xəzər Rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin əməkdaşları iştirak etdilər. Tədbirdə şagirdlərin “Narkomaniya sosial bəladır” və “Polis uşaqların gözü ilə” mövzuları ilə əlaqədar əl işləri nümayiş etdirildi.

Xəzər Rayon Polis İdarəsinin rəisi polis polkovniki Azər Muradov “Narkomaniya sosial bəladır”, Xəzər Rayon Polis İdarəsinin rəis müavini polis polkovniki İsmayıl Qasımov “Polis uşaqların gözü ilə”, Polis Akademiyasının müəllimi polis kapitanı Fərhad Həsənzadə  “Polisin yaranma tarixi, strukturu”, 26 saylı mərkəzi xəstəxananın baş narkoloq həkimi Zakir Cabbarov Narkomaniyanın törətdiyi fəsadlar haqqında çıxışlar etdilər.

Tədbirin sonunda şagirdlərin mövzularla bağlı sualları tədbir iştirakçıları tərəfindən cavablandırıldı. Tədbirin fəal iştirakçıları Xəzər Rayon Polis İdarəsinin “Fəxri Fərman” ı ilə təltif olundular.

Sonda məktəbin direktoru Mətanət Mayılova tədbir iştirakçılarına öz minnətdarlığını bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi