Ana haqqı - Tanrı haqqı

Çox uzun illərdən bəri Azərbaycanda qadına, anaya daim böyük ehtiram və hörmət bəslənmiş, ana həmişə müqəddəs olmuş, namus, qeyrət rəmzi sayılmışdır.  Ulu öndər H. Əliyevin imzaladığı Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında 2000 - ci il 6 mart tarixli fərmanının icrası ilə əlaqədar olaraq aparılan uğurlu işlər belə statistik nəticəyə gəlməyə əsas verir ki, respublikada qadınların təhsil, məşğulluq, sahibkarlıq fəaliyyəti əvvəlki illərə nisbətən getdikcə yüksələn xətt üzrə inkişaf edir.

    8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə 119 nömrəli tam orta məktəbdə “Ana haqqı-Tanrı haqqı” adlı tədbir keçirildi. Məktəbin direktoru Mətanət Mayılova giriş sözündə həm müəllim, həm də şərəfli ana adı daşıyan bütün qadınları təbrik etdi. Onlara xoş arzularını bildirdi. Tədbirdə şagirdlərin çıxışında şeirlər, rəqs, mahnı, səhnəcik nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi