Od çərşənbəsi

6 mart 2018-ci il tarixində Dərdayıl Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə “Od çərşənbəsi” nə həsr olunmuş iməclik keçirildi. İməclikdə məktəbin müəllim, şagird kollektivi və valideynlər iştirak edirdilər. Məktəbin ərazisi artıq tullantılardan təmizləndi, ağacların dibi belləndi. Məktəbin ərazisindəki yaşıllıqları qorumaq və artırmaq məqsədilə küləkdən əyilən ağaclar çubuqlarla bərkidildi və quruyan ağacların yerinə yeni ağaclar əkildi. Sonra uşaqlar “Od çərşənbəsi”nə aid şeirlər söylədilər və sonda bu çərşənbənin rəmzi olan tonqal qalandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi