Xocalı harayı

26 fevral  2018-ci  il tarixdə Dərdayıl Cəbrayılov adına  119 nömrəli  tam  orta  məktəbdə  Xocalı soyqrımının 26 ilinə  həsr  olunmuş  “Xocalı harayı”  adlı  tədbir keçirildi. Şagirdlər  Xocalı  faciəsinin ağrılarını, düşmənə  qarşı  nifrət  hisslərini  vətənpərvərlik  ruhunda  səsləndirdikləri  şeirlər, mahnılar, işğal  olunmuş  torpaqlarımız  və  uğurlarımız haqqında  ədəbi  –  bədii  kompozisiyalar  vasitəsilə  ifadə etdilər. Bütün  bu acılara baxmayaraq, millətimizin, xalqımızın  əzmi  yenilmir. Şagirdlərin  çıxışı, həyəcanı  bunu  bir daha  sübut  etdi. Tədbirin  keçirilməsində  məktəb  kollektivi, şagird və  valideynlər  yaxından iştirak etdilər. Tədbirin  sonunda Xocalı faciəsində  törədilən  vəhşilikləri  əks  etdirən videoçarx  nümayiş olundu, əl  işləri  və  rəsmlərdən  ibarət  sərgiyə  baxış  keçirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi