Günəşimdir mənim dilim

              21  fevral  2018 – ci  il  tarixdə  Dərdayıl  Cəbrayılov  adına  119  nömrəli  tam  orta  məktəbdə  pedaqoji və  şagird  kollektivinin  iştirakı  ilə  “Beynəlxalq  Ana  dili  günü” nə həsr  olunmuş  “Günəşimdir  mənim dilim”  adlı  tədbir  keçirildi. Tədbiri  giriş  sözü  ilə  açan məktəbin  təlim  tərbiyə  işləri  üzrə  direktor  müavini  Yaqut  Quliyeva  “Beynəlxalq Ana  Dili  Günü” nün  tarixindən  və  özünəməxsusluğu ilə seçilən  Azərbaycan  dilinin  keçdiyi  inkişaf  yolundan  danışaraq  Ana dilinin  məktəblilərin  milli – mənəvi  dəyərlərinin  zənginləşməsində, dünyagörüşünün  genişlənməsində, öz  soydaşları ilə  ünsiyyət qurmasında  və  mükəmməl  təhsil  almasında mühüm  rolunu  qeyd  etdi. Y.Quliyeva  “Dilimiz çox  zəngin  və  ahəngdar  dildir,  dərin  tarixi köklərə malikdir. Şəxsən  mən  öz   ana  dilimi  çox  sevir  və  bu dildə danışmağımla fəxr  edirəm”  deyən Ümumilli Lider Heydər Əliyevin azərbaycan dilini  dövlət dili səviyyəsində yüksəlməsində  müstəsna tarixi  xidmətləri  olduğunu  söylədi. 

Tədbirdə  şagirdlər  ana dilimizə  həsr  edilən şeirlər  müdrik  kəlamlar  mahnılar söyləyib, ədədbi – bədii kompozisiyalar nümayiş  etdirdilər.  Azərbaycan  dilinin  inkişafına  həsr olunan video  çarx  nümayiş  etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi