Şəhidlər ölməz Vətən bölünməz!

15 dekabr 2017-ci il tarixdə D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin Qarabağ uğrunda döyüşlərdə qəhrəmancasına döyüşən, Türkan qəsəbəsinin fəxri, məktəbin şəhid məzunu Dərdayıl Süleyman oğlu Cəbrayılovun anım günü qeyd edildi. Tədbir məktəbin ibtidai sinif müəllimi Zərnişan Əliyevanın rəhbərlik etdiyi III a və yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirildi. Şagirdlər şəhidin döyüş yolu haqqında məlumat verib, şəhidlərə həsr edilmiş şeir və səhnəciklərlə çıxış etdilər. Tədbirdə Dərdayıl Cəbrayılovun ailə üzvləri – oğlu  Emin Cəbrayılov, qardaşı Əmrayıl Cəbrayılov, bacısı Rəfiqə Məmmədova və digər ailə üzvləri iştirak etdilər. Tədbirin sonunda məktəbin direktoru Mətanət Mayılova şəhidin yaxınlarına tədbirdə iştiraklarına görə minətdarlıq bildirərək, oğlu Emin Cəbrayılova xatirə hədiyyəsi təqdim etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi