Ümummilli lider Heydər Əliyevin anım günü

12 dekabr 2017-ci tarixdə D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirildi. Tədbirdə məktəbin direktrou Mətanət Mayılova çıxış edərək Ulu öndərimizin Azərbaycan dövlət müstəqilliyinin qazanılmasında və möhkəmləndirilməsindəki müstəsna rolundan danışdı. O, Ulu öndərin yürütdüyü uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmizin artıq dünyanın lider dövlətlərindən birinə çevrildiyini qeyd edərək, bu gün Ulu öndər Heydər Əliyev Siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini aydın görən xalqımızın bu siyasəti yüksək dəyərləndirdiyini və onun ətrafında daha sıx birləşdiyini vurğuladı.

Tədbirdə çıxış edən şagirdlər böyük şəxsiyyətin həyatı və onun Azərbaycanımız naminə, ölkəmizin inkişaf yolunda gördüyü işlərdən geniş danışdılar. Şagirdlər dövlətçiliyimizə, müstəqilliyimizə, Ulu öndərin xatirəsinə həsr edilmiş şeirlər söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi