GƏNC FİZİKLƏRİN YARADICILIQ MÜSABİQƏSİ
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 15.11.2017 - ci il tarixli 228 nömrəli əmrinə müvafiq olaraq 27 noyabr 2017 – ci il tarixdən D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə şagirdlərin fizika elminə olan marağının daha da artırılması, bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi, istedadlı şagirdlərin aşkara çıxarılması məqsədi ilə “Gənc fiziklərin yaradıcılıq müsabiqəsi” nin I mərhələsi keçirildi. Müsabiqədə IX - XI sinif şagirdlərindən ibarət 4 – “Kvant”, “Foton”, “Neytron”, “Nüvə” komandaları yarışırdı. Ən çox bal toplayan “Kvant” komandası – IX b sinif şagirdi Quliyeva Nazilə, X a sinif şagirdi Hacızadə Ağaməmməd, XI a sinif şagirdi Kazımov İsa qalib gələrək müsabiqənin II mərhələsində iştirak etmək hüququ qazandılar.