"Breyn - rinq" yarışı
9 iyun 2017-ci il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin VIII sinif şagirdləri arasında ingilis dili fənni üzrə “Breyn-rinq” yarışı keçirildi. Yarışda VIII A sinifinin “İntellects” (“Zəkalar”), VIII B sinifinin “Talents” (“İstedadlar”) komandaları iştirak edirdi. Komandalar tapşırıqları yerinə yetirərkən məktəbin V - VII sinif şagirdləri ingilis dilində şeir, mahnı və kiçik səhnəciklərlə çıxış etdilər. Məktəbin ingilis dili müəllimlərinin təşkilatçılığı ilə hazırlanmış yarışda VIII A sinifinin “İntellects” (“Zəkalar”) komandası qalib oldu. Tədbirin sonunda məktəbin direktoru M.Mayılova qalib komandanın üzvlərini diplomla mükafatlandırıldı.