Mən fəxr edirəm ki, Azərbaycanlıyam
Bu gün D.Cəbrayılov adına 119№li tam orta məktəbdə Ümummilli Lider Heydər Əliyevin 94-cü ildönümünə həsr edilmiş “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” mövzusunda tədbir keçirildi. Tədbirdə şagirdlər Ümummilli Lider Heydər Əliyevin həyatı, fəaliyyəti və rəhbərliyi dövründə yeritdiyi uğurlu siyasəti barədə geniş məlumat verdilər. Müasir Azərbaycan tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi islahatlar, vətən, xalq qarşısındakı tarixi xidmətlərindən bəhs edildi. Şagirdlər Ulu Öndərə həsr edilmiş şeirlər söylədilər. Məktəbin tarix müəllimi Zülfiyyə Məmmədova Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məruzə ilə çıxış etdi. Tədbirin sonunda “Xalq Heydər söyləyəcək” mahnısı səsləndirildi.