"Ətraf mühit və uşaqların sağlamlığı" mövzusunda valideynlərlə maarifləndirici görüş keçirildi.

   16 yanvar 2025-ci il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə İlkin Səhiyyə və Ailə Təbabəti Şöbəsinin müdir müavini Lalə Məmmədova və İctimai Səhiyyə və İslahatlar Mərkəzi İctimai Sağlamlıq Şöbəsinin həkim-metodisti Bağırova Sevinc UNİCEF, Səhiyyə Nazirliyi və Elm və Təhsil Nazirliyinin birgə layihəsi olan "Ətraf mühit və uşaqların sağlamlığı "haqqında valideynlərlə maarifləndirici görüş keçirildi. Görüşdə əvvəlcə "Ətraf mühit nədir?", "Necə sağlamlığın qeydinə qalmaq olar?", "Ətraf mühiti necə qoruya bilərsən?" və bu kimi suallara ümumi olaraq aydınlıq gətirildi.

    Daha sonra iqlim dəyişikənliyinin uşaqların orqanizminə təsirindən, sağlam olmayan qidaların qəbulu riskinin, düzgün gigiyena qaydalarına əməl etməməyin fəsadlarından, tütün məhsullarının insan orqanizmi və ətraf mühit, atmosfer üçün yaratdığı təhlükədən söhbət açıldı. Təşkil olunmuş görüşdə valideynləri maraqlandıran mövzular haqqında həkimlər tərəfindən geniş məlumat verildi, valideynləri maraqlandıran suallar cavablandırıldı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi