XX əsrin qanlı tarixi
25 fevral 2022-ci il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Zabitə Əliyeva rəhbəri olduğu IIA sinfi ilə Xocalı faciəsinin otuzuncu ildönümünə həsr olunmuş tədbir keçirtdi. Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlandı. Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Şagirdlər Xocalı faciəsini əks etdirən səhnəciklər göstərdilər, laylalar, şeirlər səsləndirdilər.
Sonda Zabitə Əliyeva Xocalı soyqırımının insanlara qarşı edilmiş bir vəhşilik olduğunu şagirdlərin nəzərinə çatdırdı və bu faciəni heç vaxt unutmamağı tövsiyə etdi.