Xocalı soyqırımının otuzuncu ildönümünə həsr olunan xüsusi dərslər
Təhsil Nazirliyinin 14 fevral 2022-ci il tarixli F-81 və BŞTİ 14 fevral 2022-ci il tarixli Bakı Şəhər üzrə Təhsil İdarəsinin F-63 nömrəli əmri ilə təsdiq edilmiş “Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı”na əsasən 25 fevral 2022-ci il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə Xocalı soyqırımına həsr olunmuş xüsusi dərslər keçirildi.
Dərslər ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş Vətən övladlarının xatirəsini yad etmək, böyüməkdə olan nəslə XX əsrin ən dəhşətli faciəvi hadisələrindən olan Xocalı soyqırımı haqqında ətraflı məlumat vermək, onlarda düşmənə qarşı barışmazlıq hissi, Vətənə, doğma torpağa sədaqət və məhəbbət duyğularını gücləndirməkdən ibarət idi.
Sonda şagirdlərə Xocalı faciəsinə həsr olunmuş “Xocalı filmi” və ”Xocalı soyqırımı-Qan yaddaşımız” adlı filmlər nümayiş olundu.