İmtahan həyəcanının yoxlanılması
23 fevral 2022-ci il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin psixoloqu Natəvan Əliyeva tərəfindən buraxılış sinif şagirdləri ilə “İmtahan həyəcanının yoxlanılması” adlı seminar keçirildi. Seminarın keçirilməsində əsas məqsəd şagirdlərin imtahan qabağı həyəcan, stress hallarını müəyyənləşdirmək və bununla əlaqədar onlara dəstək göstərməkdən ibarət idi.
Psixoloq şagirdləri imtahan öncəsi yarana biləcək psixoloji və fizioloji dəyişikliklərlə bağlı məlumatlandırdı, imtahan zamanı həyəcanlarını idarə edə bilmək üçün dəyərli tövsiyyələrini verdi.
Sonda şagirdlərin imtahan həyəcanı səviyyəsini öyrənmək üçün diaqnostik test keçirildi.