"Narkotiksiz Gələcək Naminə" adlı tədbir

     18 fevral 2022-ci il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə “Narkotiksiz gələcək naminə”adlı tədbir keçirildi.

Tədbirdə Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun məsul əməkdaşı Vasif Quliyev, Bakı Şəhər Narkoloji Mərkəzinin həkim-narkoloqu Fizzə Baxışova, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı polis polkovnik leytenantı Seymur Quliyev, Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, məktəbin direktoru Mətanət Mayılova, məktəbin psixoloqu Natəvan Əliyeva, müəllimlər və şagirdlər iştirak etdilər. Tədbirdən əvvəl qonaqlar “Narkotiksiz gələcək naminə” mövzusu ilə əlaqədar şagirdlərimizin yaradıcılıq işlərindən ibarət rəsm sərgisi ilə taniş oldular. İlk olaraq məktəbin direktoru Mətanət Mayılova çıxış edərək tədbirin keçirilməsində əsas məqsədin şagirdlərin narkomaniyanın fəsadları barədə məlumatlandırılması, eləcə də sağlam həyat tərzinin qorunmasından ibarət olduğunu vurğuladı.

Daha sonra məktəbin psixoloqu Natəvan Əliyeva şagirdlərə narkotik vasitələrdən uzaq olmaları üçün tövsiyyələr, dəyərli məsləhətlər verdi. O dedi ki, sağlamlığımızı, dövlətçiliyimizi, gələcəyimizi qorumaq üçün zərərli vərdişlərdən uzaq durmaq lazımdır.

Sonda “Narkotiksiz gələcək naminə” mövzusu ilə bağlı videoçarx nümayiş etdirildi, şagirdlərə bukletlər paylanıldı, qonaqlar şagirdləri maraqlandıran suallara cavab verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi