"YAY MƏKTƏBİ"

     16 iyun 2021-ci il tarixindən D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə “Yay məktəbi” təşkil olunmuşdur. ”Yay məktəbi”nin təşkil olunmasının əsas məqsədi koronavirus (Covid-19) pandemiyası və 2020-ci il payız aylarındakı hərbi vəziyyətlə bağlı  tədris prosesində yaranmış fasilələrin nəticələrinin aradan qaldırılması, təhsilalanlara zəruri bilik və bacarıqlar verməkdən ibarətdir. Hər sinif üzrə minimum 3 şagirdin olması nəzərdə tutulmuş yay məktəbində I-IV siniflərdə tədris həftədə 5 dəfə gündə 3 saat olmaqla, V-X siniflərdə isə tədris həftədə 5 dəfə gündə 3-4 saat olmaqla təşkil olunmuşdur. İbtidai siniflərdə Azərbaycan dili, Riyaziyyat, İngilis dili, V-X siniflərdə isə bu fənlərin sırasına Fizika və Kimya fənləri də əlavə edilərək Yay məktəbində tədris olunması qərara alınmışdır.

Məktəb üzrə cəmi 94 nəfər şagird könüllü olaraq “Yay məktəbi”nə cəlb edilmişdir. Bu qruplarda dərs deyəcək müəllimlər müəyyən edilmişdir. Müəllimlər Təhsil Nazirliyinin təqdim etdiyi nümunə proqramla təchiz edilmişdir. Dərs cədvəli tərtib olunmuşdur.

Məşğələlərdə təhsilalanlara müvafiq fənlər üzrə zəruri bilik və bacarıqlar verilir, bölmələr üzrə ümumiləşdirmələr aparılır, kompleks mövzular üzrə tapşırıqlar işlənilir.

İbtidai təhsil səviyyəsində təşkil olunmuş qruplarda oyun əsaslı öyrənməyə üstünlük verilir, sosial-emosional inkişafı dəstəkləyən təlim metodlarından istifadə olunur. Açıq havada məşğələlər, ekskursiyalar təşkil edilir.

 

 

 

 

 

 

 

 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi