"Nizami Gəncəvi" ilinə həsr olunmuş "Ən yaxşı şeir ifaçısı" və "Ən yaxşı mahnı ifaçısı" müsabiqələri
18 iyun tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə Şərqin dühası,görkəmli şair Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyinə həsr olunmuş “Ən yaxşı şeir ifaçısı” , “Ən yaxşı mahnı ifaçısı” nominasiyaları üzrə müsabiqə keçirilib. Tədbirdə məktəbin ədəbiyyat müəllimi Quliyeva Əzəmət N.Gəncəvinin həyat və yaradıcılığı, əsərləri və N.Gəncəvinin dünya ədəbiyyatında mövqeyi haqqında qısa məlumat verdi.
“Ən yaxşı şeir ifaçısı”nominasiyası üzrə müsabiqədə şagirdlərdən Quliyeva Nuray “Sultan Səncər və qarı”, Mayılova Fatimə “Sənsiz” qəzəli , Mayılova Şirinxanım Sirlər xəzinəsi poemasından “Fitnə” pyesi, Əsgərov Nail “Oğluma nəsihət” əsərlərini çox gözəl ifa edərək fərqləndilər.
Müsabiqənin “Ən yaxşı mahnı ifaçısı” nominasiyası üzrə isə məktəbin VIII sinif şagirdi Nərmin Babazadə fərqlənmişdir. O məktəbin musiqi müəllimi Zübeydə Həsənovanın müşayiəti ilə Üzeyir Hacıbəylinin şairin sözlərinə bəstələdiyi “Sevgili canan” romansını ifa etmişdir.
Tədbirdə fərqlənmiş şagirdlərə məktəb rəhbərliyi tərəfindən təşəkkür edildi.
Nizami ili ilə əlaqədar tədbirlərin bundan sonra da təşkili və keçirilməsi nəzərdə tutulur.