"SON ZƏNG" TƏDBİRİ
14 iyun 2021-ci il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə karantin qaydalarına riayət olunmaqla “Son zəng” tədbiri keçirildi. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Məzunların hazırladıqları “Son zəng” ədəbi-bədii kompozisiya ilə davam etdirildi. Tədbirdə məktəbin direktoru Mətanət Mayılova çıxış edərək məzunları təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzuladı.