Professor Lütfi Zadənin 100 illik yubileyinə həsr olunmuş "Bilik yarışı"
10 iyun 2021-ci il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi Mustafayeva Əfsanə tərəfindən VI-VII siniflər arasında istedadlı, yaradıcı şagirdlərin iştirakı ilə professor Lütfi Zadənin elmi yaradıcılığına həsr olunmuş “Bilik yarışı” keçirilib. Yarışın keçirilməsində əsas məqsəd istedadlı şagirdlərin üzə çıxarılması, məntiq elminə maraq yaradılmasından ibarət olub. Yarışda şagirdlər “Zəka”, “Aypara”, “Məntiq”, ”Güvən” adlı 4 komandaya bölünərək karantin qaydalarına riayət edərək iştirak etdilər. Yarışın nəticələri münsiflər heyəti tərəfindən qiymətləndirilmiş, ”Məntiq” komandası qalib elan edilmişdir.