Görkəmli elm xadimi Lütfi Zadənin 100 illik yubileyinə həsr olunmuş "Dəyirmi masa"

     8 iyun 2021-ci il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin VIII- IX sinif şagirdlərinin riyaziyyat  müəllimlərinin-Zöhrab Sadıxov, Nigar Quliyeva, Əfsanə Mustafayeva, məktəb rəhbərliyinin iştirakı ilə professor, dünya şöhrətli alim, zəngin ixtiraların,kəşflərin,qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin elmi yaradıcılığına həsr  olunmuş “Dəyirmi masa” keçirildi. Tədbirdə Lütfi Zadənin dünya elminə töhvəsi olan 6 mühüm nəzəriyyəsi, hazırda onların elm və istehsalatda geniş şəkildə tətbiq olunması, qeyri-səlis məntiq nəzəriyyəsinə əsaslanan foto və videokameralar, paltaryuyan maşınlar, vakum kimyəvi təmizləyiciləri istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadəsi,eyni zamanda   bu nəzəriyyənin  riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə verməsi, elmdə qeyri-səlis ölçünün daxil edilməsi haqqında müəllimlər geniş söhbət apardılar.Hazırda bu nəzəriyyədən iqtisadiyyatda, psixologiyada, linqvistikada, siyasətdə, fəlsəfədə, sosiologiyada, dini məsələlərdə, münaqişə problemlərində də istifadə olunması şagirdlərə çatdırıldı.

Şagirdlər Lütfi Zadə nəzəriyyəsinin geniş tətbiq olunduğu ölkələr və məhsullar barədə əldə etdikləri məlumatları söylədilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi