Məktəb kitabxanasında Nizami Gəncəvi irsinin öyrədilməsi
7 iyun 2021-ci il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəb kitabxanasında dahi şair və mütəffəkir Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi münasibətilə Azərbaycan dili və ədəbiyyatı müəllimləri, kitabxanaçı və VIII-IX sinif şagirdlərinin iştirakı ilə Dəyirmi masa keçirildi. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Əzəmət Quliyeva qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıclığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini qeyd edərək şairin əsərləri barədə şagirdlərə geniş məlumat verdi. Şagirdlərdən Ağabala Mirzəyev, Sevil Əliyeva, Arifə Orucova N.Gəncəvinin həyat və yaradıcılığı haqqında bildiklərini təqdimat,referat şəklində təqdim etdilər.