"Məişət zorakılığının qarşısının alınması" adlı onlayn tədbir

     26 aprel 2021-ci il tarixdə D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin psixoloqu Əliyeva Natəvan tərəfindən VIII  sinif şagirdləri ilə birgə “Məişət zorakılığının qarşısının alınması” mövzusunda onlayn vebinar keçirilmişdir. Vebinarda məktəbin psixoloqu  məişət zorakılığı nədir, zorakılığın növləri haqqında geniş məlumatlar verdi. Psixoloji zorakılığa hər yerdə-məktəbdə, evdə, digər yerlərdə rast gəlinən zaman diqqətli olmağı, hadisələrə biganə qalmamağı, əgər kimsə zorakılığa məruz qalarsa buna susmamağı, aidiyyatı qurumlara mütləq xəbər verməyi şagirdlərə çatdırdı. Məktəbdə şagirdlərin fiziki, cinsi, psixoloji şiddətə məruz qalmasının yolverilməz olduğunu söylədi, həmçinin son dövrlərdə şagirdlər arasında bullinqə məruz qalma hallarının çox olduğunu diqqətə çatdırdı, bu kimi hallarla qarşılaşdıqda şagirdlərin necə rəftar etmələrinin yollarını , bu haqda məktəb rəhbərliyinə, psixoloqa xəbər vermələrinin vacib olduğu  şagirdlərə xüsusi vurğulandı. Şagirdlərə mövzu ilə bağlı maarifləndirici videoçarx nümayiş olundu. Sonda psixoloq şagirdləri maraqlandıran sualları cavablandırdı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi