"Sağlam həyat tərzi,ziyanlı vərdişlərin fəsadları" adlı vebinar
22 aprel 2021-ci il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin psixoloqu Əliyeva Natəvan və ibtidai sinif müəllimi Əliyeva Fidan tərəfindən IV C sinif şagirdləri ilə birgə “Sağlam həyat tərzi, ziyanlı vərdişlərin fəsadları” adlı onlayn vebinar keçirilmişdir. Vebinarda şagirdlərə sağlam bir həyata sahib olmaq üçün nələrə diqqət yetirməli olduqlarından söhbət edilmiş, sürətli həyat tempinin, ekologiyanın pisləşməsinin, informasiya və texniki xarakterli gərginliyin artmasının orqanizmə mənfi təsirləri, düzgün olmayan qidalanmadan uzaq durmağı, zərərli vərdişlərin həyat fəaliyyətinin aşağı düşməsinə ciddi təsir göstərən səbəblər olduğunu, hal-hazırda pandemiya ilə mübarizə şəraitində sağlamlığa diqqət yetirmək, gigiyena qaydalarına əməl etmək xüsusilə vacib olduğu şagirdlərə çatdırılmışdır.
Vebinarın sonunda şagirdlərə sosial çarx nümayiş olundu, şagirdləri maraqlandıran suallar cavablandırıldı.