"Düzgün ixtisas seçimi" adlı maarifləndirci seminar
30 mart 2021-ci il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin psixoloqu Natəvan Əliyeva tərəfindən IX siniflərdə “Düzgün ixtisas seçimi” adlı maarifləndirici seminar keçirilmişdir.
İnsanlar müxtəlif olduqları kimi sevdikləri peşələr də müxtəlif olur. Amma təəssüflər olsun ki, hər kəs sevdiyi peşəyə yiyələnə bilmir. Peşə seçimi zamanı yalnız sevmək kifayət etmir. İnsan öz potensialını , seçdiyi peşənin gəlirini, bacarığını və digər planlarını da nəzərə almalıdır. Peşə seçərkən şagirdlərin qərarlarına hörmətlə yanaşılmalı, onları cəmiyyətə xeyir verəcək, səmərəli faəliyyətə yönləndirilməsinə dəstək olmaq lazımdır.
Şagirdlərin bu sahədə tövsiyələrə, məsləhətlərə ehtiyacı olduğunu nəzərə alaraq psixoloq seminarda peşələr haqqında öncə geniş məlumat verdi, şagirdlərə mövzu ilə bağlı slaydlar nümayiş etdirildi.
Seminarın sonunda psixoloq şagirdlərə “Düzgün peşə seçimi” adlı anket sorğusu təqdim etdi, şagirdləri maraqlandıran suallara cavab verdi.