IX siniflərdə sınaq qiymətləndirmə
Bakı Şəhər Təhsil İdarəsi tərəfindən təqdim edilmiş suallar əsasında D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə 15.03.2021-ci il tarixində məktəbin IX sinif şagirdləri arasında Azərbaycan dili, Riyaziyyat və İngilis dili fənləri üzrə monitorinq imtahanı keçirilmişdir. İmtahan xüsusi karantin rejiminin tələbləri yerinə yetirilməklə keçirilmişdir. Monitorinq imtahanının keçirilməsinin məqsədi IX sinif şagirdlərinin buraxılış imtahanında keyfiyyət göstəricilərinin yüksəldilməsi, tədrisin keyfiyyətini nəzarətdə saxlamaqdan ibarətdir.